USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İyunda banklarda əhalinin əmanətləri artıb

25.07.2018 Bank
0 0
30 İyun 2018-ci il tarixində banklarda fiziki şəxslərin depozitləri 8 milyard 19,3 milyon manat səviyyəsində olub. Ötən ilin eyni dövründə bu rəqəm 9 milyard 806.5 milyon manat idi (illik 18,2% azalma).

"Kommersant.Az" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, may ayının sonu ilə müqayisədə İyunda fiziki şəxslərin depozitləri 227,4 milyon manat artıb.

İyunda may ayı ilə müqayisədə fiziki şəxslərin müddətli depozitləri (əhalinin əmanətləri) 147,9 milyon manat artaraq 5 milyard 692,7 milyon manata, tələbli depozitləri isə 79,5 milyon manat artaraq 2 milyard 326,6 milyon manata çatıb.

30 İyun 2017-ci il tarixində müddətli depozitlər 5 milyard 152.8 milyon manat, tələbli depozitlər isə 1 milyard 727.9 milyon manat səviyyəsində idi.

İyunda hüquqi şəxslərin depozitləri isə Mayın sonundakı 9 milyard 70.2 milyon manatdan 9 milyard 233,9 milyon manata yüksəlib. Ötən ilin İyun ayının sonunda hüquqi şəxslərin depozitləri 9 milyard 806.5 milyon manat idi.