USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli valyutada əmanətlərin həcmi 4,4% artıb

01.08.2018 Bank
0 0
2018-ci ilin iyun ayında əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 8 mlrd. 109,3 mln. manat təşkil edib ki, bunun da 3 mlrd. 048,7 mln. manatı (37,6%) milli valyuta, 5 mlrd. 060,6 mln. manatı (62,4%) isə xarici valyuta ilə yerləşdirilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.

2017-ci ilin analoji dövrü ilə müqayisədə bu il əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 1 mlrd. 210,3 mln. manat və ya 1,7 dəfə artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 8,1 mln. manat və ya 0,2% azalma var.

Bununla yanaşı, cari ilin may ayı ilə müqayisədə iyunda manatda olan əmanətlərin həcmi 129,5 mln. manat və ya 4,44% artıb, xarici valyutada olan əmanətlərin həcmi isə 112,3 mln. manat və ya 2,3% azalıb.