POS-terminalların artması kəskin yavaşladı

02.08.2018 Bank
Azərbaycanda POS-terminalların sayı artmaqda davam edir. Amma artım sürəti kəskin yavaşlayıb.

"Kommersant.az" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, İyun ayında May ayı ilə müqayisədə POS-terminalların sayı 7 ədəd artaraq 65 min 447 ədədə qalxıb. Mayda POS-terminalların sayı 178 ədəd artaraq 65 min 440 ədəd çatmışdı.

Aprel ayında POS-terminalların sayı 120 ədəd artmışdı.

2015-ci ilin sonunda Azərbaycanda bankların POS-terminallarının sayı 80 min 301 ədədə çatmışdı. Bu say ilə müqayisədə hazırda POS-terminalların sayı 14 min 854 ədəd azdır.

1 iyul 2018-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2481 ədəd bankomat quraşdırılıb ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 2,1% və ya 50 ədəd çoxdur. İyulun 1-nə Bakıda 1340 ədəd (artım 2,4%), bölgələrdə 1141 min ədəd bankomat (artım 1,6%) quraşdırılıb.

İyun ayı ərzində banklar tərəfindən 10 ədəd bankomat quraşdırılıb.

(c) Marja