USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Unibank”ın İdarə Heyətinə yeni təyinat olub

23.12.2025 Bank
0 0
“Unibank” KB ASC səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə İlkin Quliyev Bankın İdarə Heyətinin üzvü seçilib və Bankın Pərakəndə bankçılıq və Marketinq üzrə Baş inzibatçısı təyin edilib.

Onun kurasiyasında Bankın Pərakəndə Biznes, Marketinq, Leobank və Filial şəbəkəsinin idarə edilməsi istiqamətləri fəaliyyət göstərir.

İlkin Quliyev bankçılıq sektorunda 15 ilə yaxın peşəkar təcrübəyə malikdir. O, bank sahəsində fəaliyyətə məhz “Unibank”da başlayıb və uzun illər ərzində bankda müxtəlif vəzifələrdə çalışıb.

İlkin Quliyev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İqtisadiyyatın idarə olunması” ixtisası üzrə bakalavr, Böyük Britaniyanın Nyukasl Biznes Universitetində isə “Bank və Maliyyə” ixtisası üzrə magistr təhsili alıb.