Mərkəzi Bankın ümumi ehtiyatları 19 dekabr həftəsində 1,5 milyard dollar artaraq 192,3 milyard dollara çatıb və beləliklə, tarixi 198,4 milyard dollar səviyyəsinə yaxınlaşıb.
Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) həftəlik pul və bank statistikasını açıqladı. Bu statistikaya görə, 19 dekabr tarixinə Mərkəzi Bankın ümumi valyuta ehtiyatları 759 milyon dollar artaraq 79,41 milyard dollara çatıb. Ümumi valyuta ehtiyatları 12 dekabr tarixinə 78,651 milyard dollar olub.
Bu dövrdə qızıl ehtiyatları da 750 milyon dollar artaraq 112,153 milyard dollardan 112,903 milyard dollara yüksəlib.
Beləliklə, Mərkəzi Bankın ümumi ehtiyatları 19 dekabr həftəsində əvvəlki həftə ilə müqayisədə 1,507 milyard dollar artaraq 190,805 milyard dollardan 192,312 milyard dollara yüksəlib.