Qızıl 5 dollar ucuzlaşdı

09.11.2018 Bank
Dünya bazarında qızılın bu saata olan qiymətində ucuzlaşma qeydə alınıb.

"Kommersant.az" xəbər verir ki, qızıl 5 dollar və ya 0,41% ucuzlaşaraq 1,220 dollar olub.

Məlumata görə, gümüşün qiyməti də 0,06 dollar və ya 0,40% azalaraq 14,37 dollar olub.

Pambığın qiymətində isə bahalaşma qeydə alınıb. Belə ki, bu günə olan nəticələrə görə, pambığın qiyməti 0,01 dollar və ya 0,01% artaraq 1,73 dollar olub.