USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şuşa şəhərində ilk KOB subyekti fəaliyyətə başladı - FOTO

21.12.2020 İqtisadiyyat
0 0
İğaldan azad olunmuş Şuşa şəhərində ilk çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb.

"Kommersant.az" xəbər verir ki, istehsal sahəsi və mağazadan ibarət müəssisə işğaldan azad olunmuş Şuşa şəhərində fəaliyyətə başlamış ilk sahibkarlıq subyektidir.
"Azcake" MMC-yə məxsus istesal sahəsinin və mağazanın açılmasına dövlət dəstəyi İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilib. Belə ki, çörək və şirniyyat məhsullarının istehsalı üçün avadanlıqların alınması və müəssisənin qurulması üçün "Azcake" MMC-yə dövlət dəstəyi göstərilib.
Şuşa Məscidinin yaxınlığında yerləşən istehsal sahəsində gündəlik olaraq 8 min ədəd çörək və şirniyyat məhsulları istehsal edilir. Hazırda müəssisədə 6 nəfər işçi çalışır. Gələcəkdə müəssisə istehsal gücünü, məhsulların çeşidini və işçi sayını artıracaqdır. Burada istehsal olunan çörək və şirniyyat məhsulları zabit və əsgərlərimizə pulsuz olaraq verilir.