USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan nefti 20 dollardan çox ucuzlaşdı

09.04.2026 İqtisadiyyat
0 0
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 20,24 ABŞ dolları və ya 14,4% ucuzlaşaraq 120,44 ABŞ dollarına enib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 19,69 dollar və ya 14,6% ucuzlaşaraq 114,89 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 19,88 dollar və ya 18,2% azalaraq 89,38 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 19,74 dollar və ya 13,7% azalaraq 124,68 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.