USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dənizin içinə uzanan 5 villanın hasarı söküldü - FOTO

09.08.2019 İnşaat və Əmlak
1 0
“Sosial şəbəkələrdə formalaşan ictimai rəyin təsir gücünə bu gün bir daha şahid oldum. Xəzərin hasarlanması problemi həll olunmasa da, Pirşağının dəniz sahilində gəzişərkən ən bərk gedən 5 villanın Xəzərin içinə qədər uzanan hasarlarının dənizə yolu qapadan hissəsinin artıq söküldüyünü müşahidə etdim”.

“Kommersant.az” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, həyatında ilk dəfə dənizin hasarlardan azad olan hissəsinə ayaq basıb, gəzişib və ölçməyə başlayıb:

“Kubikdən tikilən hasarların dənizə uzanan hissəsləri 20-30 metr arasında sökülüb.

Ən dəhşətlisi odur ki, dəyəri milyonlarla dollar olan villaların heç birində həyat yoxdur. Villanı tikiblər, dənizə yolu hasarlayıblar və çıxıb gedib İspaniyada, Maldiv adalarında və daha haralarda dincəlirlər.

Dəniz yolunu hasarlayan villalar onlara farmazonluq üçün lazımdır. Dövlətin sütunlarını laxladan məhz bu farmazonluqdur. Bu dəfə onların hasarlarının sütunlarını laxladıblar, ancaq həmin sütunların tamamən qopardılmasına və dənizin bütün sahilinin xalqa qaytarılmasına ehtiyac var”.

  • Əvvəlki

    İstirahət günlərinin havası - Yağış, şimşək, dolu

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0