USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BOKT-a məxsus bina və torpaqlar satışa çıxarılır - Qiymətlər

17.12.2025 İnşaat və Əmlak
0 0
15 yanvar 2026-cı il tarixində saat 11:00-da “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının balansında olan bir sıra əmlaklar açıq hərraca çıxarılacaq.

Kommersant.az xəbər verir ki, hərraca çıxarılan əmlaklar sırasında Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən üç torpaq sahəsi və Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsində yerləşən qeyri-yaşayış binası yer alır.

Hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir.

S/n

Əmlakın adı

Ünvanı

Torpaq sahəsi (ha)

Ümumi sahəsi

Start qiyməti (manatla)

Beh məbləği (manatla)

1

Torpaq sahəsi

Şəki şəhəri, Salman Mumtaz küçəsi

29.8

4 718 000.00

23590

2

Torpaq sahəsi

Şəki şəhəri, Salman Mumtaz küçəsi

7.3

1 157 000.00

5785

3

Torpaq sahəsi

Şəki şəhəri, Salman Mumtaz küçəsi

7.1

1 125 000.00

5625

4

Qeyri yaşayış binası

Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllə

0.9279

9 201.90

4 000 000.00

20000