USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda 570 ucuz mənzil satışa çıxarıldı - Qiymətlər

12.09.2019 İnşaat və Əmlak
0 0
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin növbəti partiyasını satışa çıxarıb.

"Kommersant.az" xəbər verir ki, mənzillərin satışı oktyabrın 16-da saat 11-dən başlayacaq və bir ay davam edəcək.

Eləcə də bax: Azərbaycanda dövlət hesabına - MƏNZİL ALANLARIN SAYI ÇOXALIB

Bu dəfə satışa ümumilikdə 570 mənzil çıxarılacaq. Mənzillərin 330-u iki otaqlı, 140-ı 3 otaqlı, 90-ı isə 1 otaqlıdır.

1 otaqlıların sahəsi 31-33 kvadratmetr , 2 otaqlı mənzillərin sahəsi 50-57 kvadratmetr, 3 otaqlıların sahəsi 69-70 kvadratmetr arasında dəyişir.

1 otaqlıların qiyməti 29,2 min manatdan, 2 otaqlıların qiyməti 47,6 min manatdan, 3 otaqlaların qiyməti isə 67 min manatdan başlayır.

Mənzillər əvvəlcədən elan edilmiş güzəştli mənzil hüququ əldə etmiş şəxslərə güzəştli ipoteka krediti ilə satılacaq. İpoteka kreditləri 3-30 il müddətinə illik 4%-lə verilir, ilkin ödəniş azı 10% olmalıdır. Bu hesabla 1 otaqlı mənzil üçün aylıq ödəniş 129-136 manat, 2 otaqlı mənzil üçün aylıq 205-236 manat, 3 otaqlı mənzillər üçün isə 284-288 manat arasında dəyişir.

Mənzilləri öz pulu ilə nağd almaq istəyənlərə 10% endirim olacaq.

  • Əvvəlki

    Sulutəpədə avtomobil qaz xəttini zədələyib

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0