USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda 4 milyon manata villa satışa çıxarıldı

13.02.2020 İnşaat və Əmlak
0 0
Bakıda satışda olan ən bahalı və ən ucuz mənzillərin qiyməti və yerləşdiyi ərazi məlum olub.

"Kommersant.az" xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov Trend-ə deyib ki, rəhbərlik etdiyi qurumun portfelində ötən ay Bakıda ən bahalı mənzil Nərmanov rayonunda qeydə alınıb.

Onun sözlərinə görə, bu rayonda yeni binada yerləşən 285 kvatratmetr sahəsi olan 4 otaqlı mənzilin qiyməti 1 850 000 manat olub. N.İbrahimov bildirib ki, ən ucuz mənzil qiyməti isə Qaradağ raynunda 4 otaqlı, təmirli və "Leninqrad" layihəsi olan mənzil olub, qiyməti 40 min manat təşkil edib.

N.İbrahimov vurğulayıb ki, ən bahalı həyət evi isə 4 milyon manat dəyərində Binəqədidə Heydər Məscidinin yaxınlığında yerləşən və 600 kvadratmetr sahəsi olan villa olub.

Milli.Az

  • Əvvəlki

    Prezidentdən məmur və sahibkarlara - “İstəmirəm ki, işsiz adam olsun”

Digər xəbərlər