USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baş nazirin müavini Bakıda 20 mərtəbəli bina tikdirib - FOTO

25.02.2020 İnşaat və Əmlak
0 0
Baş nazirin keçmiş müavini, yazıçı Elçin Əfəndiyev 2011-ci ildə təsis edilmiş, 2015-ci ilin aprelində yeni adla qeydiyyatdan keçmiş "Tərəqqi-ARNK" MMC-nin təsisçisi və qanuni təmsilçisidir.

"Kommersant.az" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Onun sözlərinə görə, şirkət əvvəllər "Tərəqqi-NK" Mənzil-Tikinti Koorperativi adı altında fəaliyyət göstərib, hökumət sifarişi üçün təsis edilib və Elmlər Akademiyası metrosu yaxınlığında, H.Zərdabi küşəsi 74-də Nazirlər Kabinetinin işçiləri üçün 20 mərtəbəli bina inşa edib.

"Tərəqqi-ARNK" MMC Nizami rayonu, Şirin Mirzəyev küçəsi ev 79, mənzil 24-də hüquqi qeydiyyatdadır. Həmin ünvanda daha bir şirkət - "Tahirov Group" MMC də qeydiyyatdadır.

  • Əvvəlki

    Elman Nəsirovun dairəsində 2 məntəqə nəzarətə götürüldü

Digər xəbərlər