USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hacıqabulda 432 yerlik yeni məktəb tikiləcək - SƏRƏNCAM

21.04.2021 İnşaat və Əmlak
0 0
Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı Sərəncam imzalayıb.

"Kommersant.az" xəbər verir ki, sərəncamda, Hacıqabul şəhərində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılması qeyd edilib.

Sənəddə göstərilib:

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məktəb binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

  • Əvvəlki

    “Toshiba şirkəti” 20 milyard dollarlıq təklifi rədd etdi - AÇIQLAMA

Digər xəbərlər