Mənzillərin birdən çox vətəndaşa satılmasının qarşısı alınacaq

31.05.2022 İnşaat və Əmlak
Mənzillərin birdən çox vətəndaşa qanunsuz satılmasının qarşısını almaq məqsədilə yeni üsullar tətbiq ediləcək.

Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Təhlil, innovasiyalar və layihələrin idarəedilməsi departamentinin direktor müavini Rəşad Əbləsənov bildirib ki, bu istiqamətdə yeni mexanizmin formalaşması, müəyyən prosedurların elektron müstəviyə gətirilməsi istiqamətində artıq işlər aparılır.

“Bu halda təminat qeydləri mülki məcəllədə öz əksini tapıb. Bina inşa edilmədən əvvəl və yaxud inşa edilən dövrdə qeydiyyatın tərkib hissəsinə uyğun olaraq öz adına sənədləşdiriləcək və daha sonra notarial qaydada satmaq mümkün olacaq. Notarius tərəfindən həmin əmlak bizim təşkilatda sənədləşdirildiyi üçün, ikinci dəfə satışa çıxarıla bilməyəcəklər”,- deyə Rəşad Əbləsənov qeyd edib.

  • Əvvəlki

    Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Digər xəbərlər

14.07.2022 İnşaat və Əmlak
Bakıda mənzillərin qiyməti artıb
0 0
30.06.2022 İnşaat və Əmlak
Azərbaycanda ipoteka qeydiyyatı 61% artıb
0 0