Ən çox üstünlük verilən bağ evləri bunlardır

Bunu əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.
Onun sözlərinə görə, hazırda dənizkənarı yerlərdə ən bahalı torpaq və kirayəlik evlər Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh və Novxanıdadır.
"Ən çox üstünlük verilən bağ evləri həyətində hovuzu olanlardır. Belə evlərin ikiaylıq kirayəsi təmirindən, otaq sayından aslı olaraq yay mövsümündə azı 3 500 manatdan yuxarı olur. Həyətində hovuzu olan evin qiyməti həmişə bahadır", - o bildirib.
"Çimərlik istirahətinə və bağ evlərinin kirayələrinə olan marağın kəskin şəkildə artması orada daşınmaz əmlak tikintisində də sürətli artıma səbəb oldu. Bu bazarın mütəxəssislərinin dediklərinə görə, yuxarıda göstərilən meyillər fonunda tikinti üçün torpaq sahələrinə maraq artdı və sahil zonasındakı evlər çoxaldı. Bu kimi reallıqlara təklifin artması səbəb olmuşdu, lakin cari mövsümdə vəziyyət ötənilki kimi deyil", - deyə ekspert bildirib.
Digər xəbərlər

Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Gələn ilin əvvəli 20% BAHALAŞMA? - AÇIQLAMA

"Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı - 8 aydır vəd edilən vaxt bitmir

Prezident İlham Əliyev: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir

Bakının rayonları üzrə iyulda torpaq qiymətləri necə dəyişib? - CƏDVƏL
