Nərimanov RİH kompensasiyanın məbləğindən narazı olan sakinlərə cavab verdi

07.02.2023 İnşaat və Əmlak
1 1
Nərimanov Rayon İcra Hakimiyyəti rayonun Mayakovski 15 ünvanında yerləşən bina sakinlərinin onlara təklif edilən kompensasiyanın məbləğindən narazı olmaları ilə bağlı məsələyə münasibət bildirib.

RİH-dən Pravda.az-a verilən açıqlamada deyilib ki, Nərimanov rayonu, Mayakovski küçəsi 15 ünvanında yerləşən yataqxana tipli yaşayış binası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlukəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun müvafiq aktına əsasən qəzalı vəziyyətdədir.

“Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən, sözügedən yaşayış binasının sakinlərinin müəyyən olunmuş məbləğdə birdəfəlik maddi yardım verilməklə köçürülməsi nəzərdə tutulub”, - açıqlamada qeyd olunub.

  • Əvvəlki

    BŞİH Bakıda yaşayanlara müraciət etdi: Fevralın 9-dək...

Digər xəbərlər

18.03.2023 İnşaat və Əmlak
İlham Əliyev fərman imzaladı
11 2
17.03.2023 İnşaat və Əmlak
Ötən il 963 tikinti obyektində işlər dayandırılıb
15 5