USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məsələyə - Aydınlıq gətirdi - FOTO

25.05.2023 İnşaat və Əmlak
10 39
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəsmi internet saytının tikinti bölməsində “tikinti üçün layihə sənədləri sisteminin standartları" kateqoriyasında Azərbaycan dilini seçən zaman qanunvericilikdə nəzərdə tutulan dövlət standartları rus dilində təqdim olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Qurumun Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini - sektor müdiri Ramiz İdrisoğlu Kommersant.az-a bildirib ki, Nazirlər Kabinetinin 2008-ci il 18 sentyabr tarixli 217 nömrəli Qərarına əsasən, respublika ərazisində qüvvəyə minmiş və milli normativ sənədlərlə əvəz edilməsi başa çatdırılmamış dövlətlərarası və ya qüvvədə saxlanılmış tikinti normativ sənədlərinə (həmin sənədlər yeni milli normativ sənədlərlə əvəz edilənədək) tərcümə edilmədən istinad edilməsinə yol verilir.

“Bu sənədlər Komitənin rəsmi internet səhifələrində yerləşdirilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet səhifəsinin əlaqə bölməsində yerləşdirilmiş məlumata gəlincə isə “Google Maps” tətbiqi buradakı xəritəyə inteqrasiya edilib. Bu tətbiqi “Google” şirkəti hazırladığına və idarəedilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid olmadığına görə Komitə tərəfindən məlumatlara müdaxilə edilməsi mümkün deyil”, - qurum rəsmisi deyib.

  • Əvvəlki

    Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya getdi

Digər xəbərlər