"Azər Türk Bank" ilə "Ziraat Bank Azərbaycan" üz-üzə - NƏTİCƏ, QALİB

19.09.2018 Bankların Dueli
Bu gün “Bankların Dueli” yarışmasında “Azər Türk Bank” və “Ziraat Bank Azərbaycan” üz-üzə gəlib.

“Kommersant.az” xəbər verir ki, hazırki vəziyyətdə “Azər Türk Bank” Azərbaycanda fəaliyyət göstərən əksər banklar arasında ən ucuz nağd pul krediti verən bankdır. 10 min manatlıq istehlak kreditini illik 18%-lə təklif edən “Azər Türk Bank” sözügedən kredit məbləğini zaminsiz təklif edir. Rəqibi “Ziraat Bank (Azərbaycan)” isə mediaya qapalı bank olduğu üçün kredit şərtləri barədə məlumat verməkdən boyun qaçırıb. Hər bir halda “Ziraat Bank (Azərbaycan)” nağd pul kreditini 18%-dən aşağı illik faiz dərəcəsi ilə təqdim etmək gücünə malik deyil.

Aşağıda qeyd olunan kredit şərtlərinə nəzər yetirdikdə məlum olur ki, “Azər Türk Bank” bu günün sərfəli kredit verən bankı olaraq qalib elan olunur.

Xatırladaq ki, sabah (20 sentyabr) “AG Bank” “Silk Way Bank” “Bankların Dueli” yarışında üz-üzə gələcək. Hər iki banka uğurlar arzu edirik. Gözünüz bizdə olsun. Çox maraqlı olacaq.

Azər Türk Bank

Şərtlər

Ziraat Bank Azərbaycan

18%

FİFD

-

1%

Komissiya Haqqı

-

Zaminsiz

Zamin

1

917

Aylıq Ödəniş

-

1.500

Aylıq Maaş

1.500

11.102

Cəmi (Yekun)

-

  • Əvvəlki

    Metroya görə avtobusların marşrut xətti dəyişdi

Digər xəbərlər