Qarabağ Azərbaycandır!

Bakıdakı külək təhlükəli həddədir? - AÇIQLAMA

17.01.2019 Ekologiya
Küləyin maksimal sürəti saniyədə 25 metrdən çoxdursa, artıq təhlükə deməkdir.

Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov bildirib.

Onun sözlərinə görə, hər üç ildən bir Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur:

“Bir gün ərzində küləyin maksimal sürəti saniyədə 10-12 metr olur. Daha sonra külək şiddətlənir və 15 dəqiqə ərzində sürəti saniyədə 25 metrə qalxır. Bu, təhlükə sayılır. Amma bu halın olması Bakı üçün gözlənilməz hal deyil”.

Məhərrəm Həsənov qeyd edib ki, güclü küləyin əsməsi nəticəsində Bakıda müəyyən ağaclar aşa bilər:

“Eyni zamanda, yaxşı bərkidilməmiş bəzi binaların damı aşa bilər. Elə bir böyük fəsad törədəcək hadisələr olmayacaq. Küləyin binanı uçurması, avtomobili aşırması ehtimalı yoxdur”.

Qeyd edək ki, Azərbaycanda güclü külək sonuncu dəfə 2015-ci ildə əsib. Küləyin maksimal sürəti saniyədə 30-38 metrə çatıb.

  • Əvvəlki

    "ASB Bank"ın məcmu kapitalı - KƏSKİN AZALIB

Digər xəbərlər

01.03.2021 Ekologiya
Sabah hava necə olacaq?
0 0
25.02.2021 Ekologiya
Sabah hava necə olacaq?
0 0
22.02.2021 Ekologiya
Bakı qara hazırlaşır - RƏSMİ
0 0
18.02.2021 Ekologiya
Sabahın hava proqnozu
0 0