USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çində nazir müavini ömürlük azadlıqdan məhrum edildi

27.12.2018 İqtisadiyyat
0 0
Çin dövlət təhlükəsizlik nazirinin keçmiş müavini Ma Cien korrupsiya əməllərinə görə ömürlük azadlıqdan məhrum edilib.

"Kommersant.az" Azərtac-a istinadla xəbər verir ki, dekabrın 27-də Dalyan şəhər məhkəməsində sabiq məmurun işi üzrə yekun iclasda onun haqqında irəli sürülmüş ittihamlar sübut olunub. Məhkəmə ömürlük həbs cəzası ilə yanaşı, Ma Cienin bütün siyasi hüquqlardan məhrum edilməsi və şəxsi əmlakının müsadirə olunmasına qərar verib.

Qeyd edək ki, Kommunist Partiyasının intizamını pozduğu üçün Ma Cien haqqında 2015-ci ilin yanvarında təhqiqat başlanmışdı. O, növbəti ilin dekabrında partiya sıralarından və tutduğu vəzifədən uzaqlaşdırılmışdı.

  • Əvvəlki

    Hər kəsə 1 000 dollarlıq mal almağa icazə verilib - SƏDR

Digər xəbərlər

12.12.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
0 0
12.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0