Artıq bir neçə gündür ki, marketlərdə çay sodası yoxdur.
"Kommersant.az" xəbər verir ki, qida əlavəsindən şirniyyat və un məmulatlarının bişirilməsində istifadə edən, eləcə də, bəzi müalicəvi prosedurlar məqsədilə qəbul edən insanlar bu məhsulun yoxa çıxmasından təşvişə düşüblər.
Çay sodası qısa müddətdə iri marketlər şəbəkəsindən tutmuş xırda məhəllə mağazalarına kimi hər yerdə yoxa çıxıb.