USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda təcili eniş edən təyyarə Moskvaya yola salındı

12.03.2019 İqtisadiyyat
0 0
Martın 12-də “Ural Hava Yolları” şirkətinə məxsus “Airbus A321” təyyarəsi Bakı vaxtı ilə saat 10:40 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportundan Moskvaya yola salınıb.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, martın 11-də Bəhreyndən Moskvaya uçan "Ural Hava Yolları" şirkətinə məxsus "Airbus A321" təyyarəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib. Hava gəmisinin qəza enişinə səbəb təyyarə kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi olub.

Hüquq mühafizə orqanlarının mütəxəssislərindən ibarət əməliyyat-istintaq qrupu və xüsusi təyinatlı heyət tərəfindən texniki, kinoloji və digər vasitələrdən istifadə etməklə təyyarədə kompleks antiterror yoxlamaları aparılıb, hava gəmisinə baxış keçirilib, hadisənin səbəbi ilə əlaqədar hərtərəfli araşdırmalara başlanılıb. Nəticədə təyyarədə partlayıcı maddə və qurğuların olmadığı müəyyənləşdirilib, hadisənin səbəbi ilə bağlı əldə edilməsi təxirəsalınmaz olan məlumatlar toplanılaraq rəsmiləşdirilib.

Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.

  • Əvvəlki

    "Uşaqların müavinət məsələsinə yenidən baxılsın!" - Prezident tapşırıq verdi

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0