USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət bu şəxslərin təhsil haqqını ödəyəcək

12.03.2019 İqtisadiyyat
0 0
“Problemləri qaldırmaqla ölkə başçısına kömək etmiş oluruq. Lakin biz problemləri qaldırmaqla yanaşı həlli yollarını da göstərməliyik”.

"Kommersant.az" xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxışında deyib.

O, bildirib ki, əlillərlə bağlı qanun layihələrinə təklif olunan dəyişikliklər dövlətin bütövlükdə əlil vətəndaşlarına olan diqqətin bariz ifadəsidir. Deputat söyləyib ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna dəyişiklik qəbul olunduqdan sonra peşə təhsili alan əlil tələbələrin maliyyəsi dövlət tərəfindən ödəniləcək:

"Bu, ölkə başçısının əlil vətəndaşlara olan diqqətinin göstəricisidir. Lakin əsas məsələ onların dövlət hesabına peşə təhsili aldıqdan sonra işlə təmin olunmasıdır. Əgər tələbə diplomunu alıb işlə təmin olunmayacaqsa, o zaman problemlər yaranacaq".

M. Quliyev qeyd edib ki, əlillərə uyğun iş yerləri yaradılmalıdır:

"Bundan başqa onlara düzgün əmək zəmanəti verilməlidir. Əlillərin fərdi reabilitasiya proqramları olmalı, onların hansı işdə işləməsi müəyyən edilməlidir. Elə əlillər var ki, əlil arabasında, elələri də var ki, sadəcə gözləri görmür. Bu baxımdan onlara uyğun iş yerləri olmalıdır. Müvafiq qurumlara müraciətim odur ki, əlilərə zəmanət verərkən onların hansı işdə işləyəcəyinə diqqət etsinlər. Çünki, əlilin qapı-qapı gəzib iş axtarmaq imkanı yoxdur. Onlar işə cəlb edilməlidir".

  • Əvvəlki

    Bakıda təcili eniş edən təyyarə Moskvaya yola salındı

Digər xəbərlər

15.07.2024 İqtisadiyyat
Sabah 40 dərəcə isti olacaq
0 0
14.07.2024 İqtisadiyyat
Bitcoin yenidən 60 min dolları keçib
0 0
13.07.2024 İqtisadiyyat
Avroda “siyasi qeyri-müəyyənlik” riski
0 0