USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyada psixoloji xəstəliklərdən əziyyət çəkənlərin sayı açıqlanıb

23.05.2018 İqtisadiyyat
0 0
Rusiyada hər dörd nəfərdən biri psixoloji pozuntudan əziyyət çəkir

"Kommersant.az" xəbər verir ki, rusiyalı psixiatr Qeorqi Kostyokun sözlərinə görə, ən nadir yayılmış xəstəlik şizofreniyadır. Əhalinin 1%-i bu xəstəlikdən əziyyət çəkir. 2017-ci ilin sonunda 488,5 min nəfərə şizofreniya diaqnozu qoyulub. Bu 2011-ci ildən 1,1 faiz azdır.

Emosional-depressiv pozuntular da geniş yayılmış xəstəliklərdən biridir.

Psixoloqların sözlərinə görə, ölkədə psixi xəstəliklərin yayılması göstərici 20-25% arasında dəyişir. Bu da hər 4-5 nəfərdən birinin psixoloji pozuntudan əziyyət çəkməsi deməkdir. Mütəxəssislərin sözlərinə görə, cəmiyyətdə psixiatrlara müraciət edənlər damğalanır, üstəlik bəzi insanlar düşünür ki, psixiatra müraciət etməklə dərman qəbul edəcək, kariyeralarına ziyan vuracaqlar.

  • Əvvəlki

    Universitetlərin nəzdində kolleclər açılacaq - TƏHSİLDƏ YENİLİK

Digər xəbərlər