USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

UEFA Finalı günü tamaşaçıların daşınması üçün əlavə avtobuslar ayrıldı

28.05.2019 İqtisadiyyat
0 0
Mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının Finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək.

"Kommersant.az" xəbər verir ki, bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Final oyununa bilet alan şəxslər Bakı Olimpiya Stadionuna metronun "28 May" stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı) ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər. Daşımalara axşam saat 19:00-da başlanılacaq və proses saat 23:00-dək davam edəcək.

  • Əvvəlki

    Fransanın yerli şirkətlərini təmsil edən nümayəndə heyəti Azərbaycana gəlir

Digər xəbərlər