USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ramil Usubov polkovniki işdən çıxartdı

30.05.2019 İqtisadiyyat
0 0
Azərbaycanda polis rəisi xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.
"Kommersant.az" xəbər verir ki, bu barədə "Qafqazinfo" hüquq-mühafizə orqanlarından məlumat əldə edib. Məlumata görə, Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Tovuz rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Kamil Quliyev daxili işlər orqanlarında xidmətdən xaric olunub. Nazirliyin aidiyyatı xidməti tərəfindən aparılan yoxlama nəticəsində K.Quliyevin mövcud qanunvericiliyin tələblərini kobud şəkildə pozduğu müəyyənləşib. Məlumata görə, K.Quliyev 10-dan çox xarici vətəndaşa saxta yolla Azərbaycan dövlətinə məxsus şəxsiyyət vəsiqəsi verib.
  • Əvvəlki

    Taleh Ziyadov: "Bakı limanı dünya ölkələrinin digər limanları ilə vahid təchizat zəncirini yaradacaq"

Digər xəbərlər