USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Kommersant.az" saytının 1 YAŞI TAMAM OLDU - FOTO

06.06.2019 İqtisadiyyat
0 0
İyun ayının 4-də “Kommersant.az” maliyyə və biznes portalının 1 yaşı tamam oldu.

Artıq 1 ildir ki, fəaliyyət göstərən sayt konkret bir sahəyə xidmət etdiyinə görə xüsusi oxucu kütləsinə müraciət edir. Lakin buna baxmayaraq, Kommersant.az hər yaşdan və hər kütlədən olan oxucuların etimadını qazana, eləcə də müvafiq şirkət və müəssisələrlə əlaqələrini gücləndirə bildi.

Geridə qoyduğumuz 1 il ərzində sosial şəbəkələrdə, xüsusilə "Facebook" platformasında səhifəmizi böyütdük, 11000 olduq, "Youtube"da videolarımız 380000 dəfə baxıldı, saytın oxucu kütləsi isə 100000-i ötdü.

Kommersant maliyyə və biznes portalı olsa da, müxtəlif sosial problemlərlə redaksiyaya müraciət edən vətəndaşların şikayətlərini də dinləməyə, onlara kömək etməyə çalışır.

Qarşıdakı illərdə əsas hədəfimiz isə daha da böyümək, oxucuların etimadını hər zaman doğrultmaq, daha çox kütləyə xitab etmək, yalnız doğru informasiyaları sizə çatdırmaqdır.

Bizimlə olduğunuz üçün sizə təşəkkür edirik!

Xüsusi təşəkkürlər: "Amrah Bank"ın idarə heyətinin üzvü Laçın Əliyev, "Muğan Bank"ın marketinq şöbəsinin müdiri Orxan Bayramov, "Bank Respublika"nın marketinq kommunikasiyaları üzrə meneceri Çingiz Əsədov, "UniBank"ın ictimaiyyətlə əlaqələr və media şöbəsinin müdiri Sülhiyyə Şirinova, "Yapı Kredi Bank (Azərbaycan)"nın korporativ əlaqələr departamentinin direktoru Şahnaz Həsənova, "Bank of Baku"nun mətbuat katibi Günel Abdulrəhmanova və "Access Bank"ın PR meneceri İlkin Əhmədova.