USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Minlərlə sahibkarın borcu silinib”

14.06.2019 İqtisadiyyat
0 0
Vergi amnistiyası haqqında qanunun tətbiqi ilə minlərlə sahibkarın faiz və maliyyə sanksiyasına görə hesablanmış borcu silinib.

"Kommersant.az" bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib. O bildirib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası Vergilər Nazirliyi ilə də sıx əməkdaşlıq edir. Konfederasiya sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, orta və kiçik sahibkarlığın inkişaf etdirilməsinə yönəlmiş vergi qanunvericiliyinə dair təkliflər irəli sürür:

“Bu gün Azərbaycan sahibkarları dövlət tərəfindən bir çox vergi güzəştləri ilə əhatə olunublar. Vergi amnistiyası haqqında qanunun tətbiqi ilə minlərlə sahibkarın faiz və maliyyə sanksiyasına görə hesablanmış borcu silinib. Hazırda Azərbaycan Respublikası Vergi Məcəlləsində 104 azadolma və 25 güzəşt növü mövcuddur. Bununla bərabər, xarici dövlətlərlə aparılan əməliyyatlarda ikiqat vergitutma da aradan qaldırılıb”.

Trend

  • Əvvəlki

    Azərbaycanda sənaye məhsulu istehsalı 15% artdı - RƏSMİ

Digər xəbərlər

11.10.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
10.10.2024 İqtisadiyyat
Saxta məhsullara yeniləri əlavə edilib
0 0