USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“iPhone” bu sistem sayəsində pasportu əvəzləyəcək

14.06.2019 İqtisadiyyat
0 0
“iOS 13” sistemli “iPhone” pasportu əvəzləyəcək

Payızda buraxılacaq "iOS 13" əməliyyat sistemi "iPhone" smartfonunda "NFC" texnologiyasından istifadə imkanlarını genişləndirəcək. "NFC" çipi vasitəsilə təkcə "Apple Pay" funksiyası ilə ödəniş etmək deyil, eyni zamanda biometrik pasport və kontaktsız "ağıllı" kart məlumatlarını oxumaq, eləcə də "RFID" nişanları (obyektlərin avtomatik identifikasiya üsulu) ilə təchiz edilən digər qurğularla işləmək mümkün olacaq.

"Kommersant.az" xəbər verir ki, məsələn, Yaponiya hökumətinin məlumatına görə, gündoğar ölkədə "iOS 13" sisteminə vergi və sosial sığorta ödənişlərinin köçürülməsi və dövlət xidmətlərinə çıxış üçün istifadə edilən fərdi identifikasiya kartlarının (Individual Number Card) rəqəmləşdirilməsi imkanı əlavə olunacaq.

Böyük Britaniyada isə istifadəçilərin şəxsiyyət və ya sürücülük vəsiqələri "iPhone" modelində oxunacaq ki, bu da kağız daşıyıcılardan istifadəni aradan qaldıracaq. Bu imkan artıq "ReadID" skaner əlavəsinin tərtibatçıları tərəfindən sınaqdan keçirilib.

Oxuma ilə yanaşı, "iOS 13" sistemi "NFC" nişanına yeni informasiya yazmağa imkan verəcək. "NFC NDEF Tag", "Mifare, FeliCa", "ISO 7816" (pasportlar üçün) və "ISO 15693" standartlarının dəstəklənəcəyi bildirilir.

Sentyabr-oktyabrda təqdim ediləcək "iOS 13" əməliyyat sistemini "iPhone 7" və daha yuxarı modellərə quraşdırmaq mümkün olacaq.

Qeyd edək ki, "Near Field Communication" (NFC) 10 santimetrə yaxın məsafədə yerləşən qurğular arasında məlumat mübadiləsinə imkan verən kiçik təsir radiuslu yüksəktezlikli simsiz rabitə sistemidir. Bu texnologiya ilə təchiz olunmuş qurğuların köməyi ilə istifadəçilər kontaktsız üsulla ödəniş edə (mal və ya xidmət, nəqliyyatda gediş haqqı və s. üçün ödənişlər), eləcə də müxtəlif mallar haqqında məlumat ala bilərlər.

ICTnews

  • Əvvəlki

    “Minlərlə sahibkarın borcu silinib”

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0