USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Nissan”ı 23 milyon dollar cərimə gözləyir - SƏBƏB

27.06.2019 İqtisadiyyat
0 0
“Nissan” 23 milyon dollar cərimələnə bilər. Bu şirkətin, keçmiş rəhbər Karlos Qonun maliyyə fırıldaqlarına imkan verməsi ilə bağlıdır.

Bu haqda "Kyodo" iyunun 26-da yazıb.

Maliyyə bazarında sazişlərə nəzarət edən Yapon kommissiyası hesab edir ki, Qon özünün şəxsi uğursuz investisiyalarından 1,7 milyard yeni (təxminən 15 milyon dollar) Nissana ötürə bilər.

Alyansın -Renault–Nissan–Mitsubishi sabiq rəhbəri bir neçə məsələdə mənimsəmə və "Nissan" vasitələrindən qanunsuz istifadədə ittiham edilir.

Qon birinci dəfə 2018-ci ilin noyabrın 19-da, Yapon maliyyə qanunvericiliyini pozmasında şübhəli bilinərək həbs edilib. İdiaya görə, 2010-cu ildən 2018-ci ilə qədər "Nissan" şirkətinin idarə heyətinin sədri olaraq 9 milyard yen (80 milyondan çox) mükafatının həcmini düzgün elan etməyib. İstintaq, həmçinin elan edib ki, o şəxsi zərərlərini korporasiyaya ötürüb. Qon, həmçinin "Renault" prezident fondundan 3,25 milyon dollar mənimsəməkdə ittiham edilir.

Sabiq rəhbər, Qon isə bütün bu ittihamları rədd edir.

Facemark.az

  • Əvvəlki

    11 il ərzində robotlar 20 milyon nəfəri işsiz qoyacaq - Qorxunc proqnoz

Digər xəbərlər