USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah hava necə olacaq?

02.07.2019 İqtisadiyyat
0 0
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Kommersant.az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-23, gündüz 27-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 55-65, gündüz 30-40 faiz olacaq.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

  • Əvvəlki

    Sahil Babayevdən keçmiş nazirin kadırına vəzifə təyinatı

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0