USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İqtisadiyyat naziri Dünya Bankının regional direktoru ilə görüşüb

30.05.2018 İqtisadiyyat
0 0
İqtisadiyyat naziri Şahin MustafayevAzərbaycanda səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüşüb.

"Kommersant.Az" bildirir ki, İqtisadiyyat Naziliyindən verilən məlumata görə, görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Ş.Mustafayev Azərbaycanın Dünya Bankı ilə 25 ildən çoxdur ki, əməkdaşlıq etdiyini, ölkəmizin bu əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq çoxşaxəlidir, infrastruktur, kənd təsərrüfatı, nəqliyyat və s. sahələri əhatə edir. Dünya Bankının maliyyə və texniki dəstəyi ilə müvafiq sahələrdə reallaşdırılan layihələr bu sahələrin inkişafında əhəmiyyətli rol oynayır.

Nazir bərk məişət tullantılarının vahid idarəçiliyi, Trans-Qafqaz Nəqliyyat Dəhlizində yük daşımaları və loqistika fəaliyyətinin təkmilləşdirilməsi və Dünya Bankı ilə birgə həyata keçirilən digər layihələrin əhəmiyyətini vurğulayıb, özəl sektora dəstəyin davam etdirilməsi, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi ilə əməkdaşlığa dair təkliflərini bildirib. O deyib ki, bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi çərçivəsində görülən işlər ölkəmizdə səfərdə olan xarici nümayəndə heyətləri tərəfindən də yüksək qiymətləndirilir.

Ş.Mustafayev həmçinin, Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, 2018-ci ilin ilk dörd ayında ticarət dövriyyəsinin, qeyri-neft ixracının, eləcə də strateji valyuta ehtiyatlarının artdığını vurğulayıb.

M.Tembon Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə təbriklərini çatdırıb. Ötən il Dünya Bankının Azərbaycanla əməkdaşlığının 25 illiyinin qeyd olunduğunu vurğulayan Dünya Bankı rəsmisi əlaqələrin ildən-ilə genişləndiyini diqqətə çatdırıb. Hazırda Bankın dəstəyi ilə Azərbaycanda 9 layihənin icra olunduğunu bildirən xanım M.Tembon yeni əməkdaşlıq istiqamətlərinə dair fikirlərini bölüşüb.

  • Əvvəlki

    Cənub Qaz Dəhlizinə 30 mlrd. dollardan çox vəsait xərclənib

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0