USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının bu rayonunda qaz təchizatə dayandırılıb

08.08.2019 İqtisadiyyat
0 0
Bu gün səhər saat 09.00-dan etibarən Qaz İxrac İdarəsinin balansında olan "Qazanlar-Keşlə” magistral qaz kəmərinin üzərində quraşdırma işləri, eləcə də digər qaz xətlərində birləşdirmə işləri icra olunacaq.

"Azəriqaz" İstehsalat Birliyinindən "Kommersant.az"a verilən məlumata görə, bu müddət ərzində Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayev, M.Hadi, İ.Zülfüqarov, Sadıqcan, X.Məmmədov, H.Aslanov, M.Davud, Aşıq Qurban, Mingəçevir və Suleyman Əhmədov küçələrində, eləcə də NZS qəsəbəsi, Əhmədli kəndi və digər yerlərdə qaz təchizatı dayandırılıb.