USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DSK: Pirallahı rayonunda orta aylıq əməkhaqqı 1 617 manatdır - SİYAHI

05.02.2020 İqtisadiyyat
0 0
Bakı şəhərinin 12 inzibati rayonları üzrə orta aylıq əməkhaqlarının məbləği açıqlanıb.

"Kommersant.az" Dövlət Statistika Komitəsinə (01.10.2019) istinadən xəbər verir ki, Bakının rayonları üzrə ən yüksək orta aylıq əməkhaqqı gənc Pirallahı rayonundadır. Bu rayon üzrə əməkhaqqı ortalama 1 617 manat/aylıq təşkil edir. Qeyd kimi bildirək ki, Xəzrə rayonuna məxsus ərazilər – Pirallahı, Çilov və Neft Daşları ayrılmaqla 2012-ci ildə Pirallahı r. yaradılmışdır. Hazırda bu əməkhaqqı inzibati rayonlar üzrə ən yüksək göstəricisidir.

İkinci yerdə isə Paytaxdın mərkəzini əhatə edən Səbail rayonu durur ki, burada, rəqəm 1 486 manat/aylıq təşkil etmişdir.

3-cü ən çox əməkhaqqı verilən rayon əsas neft-qaz emalı və mədənlərini əhatə edən Qaradağdır. Bu rayonda orta aylıq əmək haqqı 1 152 manat təşkil etmişdir.

Bakının bu rəqəm üzrə ən zəif göstəricisi Binəqədi rayonu ərazisinə düşür ki, bu hətta əyalət rayonlarından belə aşağıdır. Binəqədi rayonunda orta aylıq əmək haqqı 495 manat/aylıq təşkil edir.

Bakı rayonları üzrə əməkhaqqı illik ən böyük Sabunçu rayonunda 17%-lə qeydə alınıb. Yasamal raypnu ərazisində isə, əksinə, orta aylıq əmək haqları 4%-ə yaxın azalıb.

Banker.az

  • Əvvəlki

    Azərbaycanda qar yağacaq, yollar buz bağlayacaq

Digər xəbərlər

09.04.2024 İqtisadiyyat
Lirə yenidən ucuzlaşır
0 0
09.04.2024 İqtisadiyyat
İlin sonuna 5 trilyon dollar
0 0