USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank işğal altında olan ərazimizi unutdu - FOTOFAKT

05.02.2020 Bank
0 0
Mərkəzi Bank tərəfindən tədavülə buraxılan kağız pulların üzərindəki Azərbaycan xəritəsində yanlışlığa yol verilib.

Hazırda Ermənistanın işğal etdiyi Sədərək rayonunun Kərki kəndi kağız pulların üzərində təsvir olunan Azərbaycan xəritəsində yer almayıb.

Məlumat üçün bildirək ki, Kərki kəndi Azərbaycanın Ermənistan ərazisindəki eksklav (ölkənin əsas ərazisindən aralda olan və digər dövlətlər (bir və ya bir neçə) tərəfindən əhatə olunan) torpaq parçasıdır. Hətta, işğal altında olmasına baxmayaraq Kərki kəndi BMT tərəfindən Azərbaycan ərazisi kimi tanındığı üçün Ermənistanda çap olunan bəzi xəritələrində də Kərki kəndi Azərbaycan ərazisi kimi qeyd olunur.

Onu da bildirək ki, Kərki kəndi 1990-cı ildə ermənilər tərəfindən işğal edilib. Kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda Yeni Kərki adlı qəsəbə salınıb.