USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukraynanın Baş Nazirinin istefası qəbul olundu

05.03.2020 İqtisadiyyat
0 0
Ukrayna Ali Radası Aleksey Qonçaruku Baş Naziri vəzifəsindən azad edib.

"Kommersant.az" xəbər verir ki, deputatlardan 353-ü növbədənkənar sessiyada A.Qonçarukun vəzifəsindən azad edilməsinin lehinə səs verib.

Xatırladaq ki, A.Qonçaruk dünən Ali Radaya istefa ərizəsi təqdim edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski yeni Baş Nazir vəzifəsinə Denis Şmıqalın namizədliyini irəli sürüb. V.Zelenski bu təkliflə "Xalqın xidmətçisi" partiyasının sessiyasında çıxış edib. İclasda partiya üzvləri Şmıqalın Baş Nazir vəzifəsinə seçilməsinə müsbət cavab verib.