Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında deputatlar arasında dava düşüb.
"Kommersant.az" xəbər verir ki, müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Engin Özkoç çıxışı zamanı ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edib.
Buna etirazını bildirən hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatlarla CHP nümayəndələri arasında əlbəyaxa dava düşüb. (azvision.az)