USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DİQQƏT! Sabahdan ödənişlərə başlanılır - Nazir AÇIQLADI

07.04.2020 İqtisadiyyat
0 0
“2019-cu ilin yekunlarına əsasən, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artması, xərclərinin optimallaşdırılması, saxta pensiya və əlillik işlərinin ləğvi nəticəsində yaranan 200 milyon manatlıq ehtiyat bu il sosial ödənişlərin dayanaqlılığına yönəldiləcək”.

"Kommersant.az" Report-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, aprel və may aylarında sosial sığorta haqlarının yığımında müəyyən azalmaların olacağı gözlənilir:

"Bu, obyektiv səbəblərdən irəli gəlir. Bu azalmalar bizim 2019-cu ildə yığılmış "ehtiyat yastığı" vasitəsilə kompensasiya olunacaq. Vətəndaşların sosial ödənişlərində hər hansı çətinlik və ya problem olmayacaq".

Nazir xatırladıb ki, mart ayında 2 milyon 300 mindən çox insanın sosialyönümlü ödənişləri Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına vaxtından əvvəl icra olunub: "Hesab edirəm ki, aprel ayında da belə olacaq. Artıq qrafik elan olunub və sabahdan etibarən ödənişlərə başlanılacaq".

  • Əvvəlki

    İcaze.e-gov.az portalında yeni funksiyalar yaradıldı

Digər xəbərlər

01.05.2024 İqtisadiyyat
Mərkəzi Bank uçot dərəcəsini endirdi
0 0
01.05.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
01.05.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0