Enerji istehsalı üçün istifadə olunan kömürün qiyməti 2012-ci ildən ilk dəfə maksimal həddə çatıb.
Buna Çində müşahidə olunan anomal isti havalar səbəb olub.
Belə ki, Avstraliyanın Nyukasl limanında kömürün qiyməti bir ton üçün 112,05 ABŞ dollarına qədər qalxıb, bu da aprel ayı ilə müqayisədə 24%-lik artım deməkdir.
Çinin Sinxuandao limanında isə kömürün qiyməti 18% bahalaşaraq 104 dollar/ton təşkil edib. Bu arada Çin hökuməti bu yanacağın qiymətini 90 dollar səviyyəsində saxlamaq istəyir. Bununla belə kömürün istifadəsi Çində enerji istehsalı üçün istifadə olunan əsas mənbə olaraq qalır.