USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Həbs edilən icra başçısı: "Çox utanıram"

01.05.2020 İqtisadiyyat
0 0
“Bu kimi əməllərə görə, əlbəttə ki, peşimançılığımızı çəkirik”.

"Kommersant.az" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev həbs edilərkən deyib.

"Mən şəxsən özüm buraxdığım səhvlərə, bugünkü durumuma görə çox utanıram, vicdan əzabı çəkirəm", - deyə sabiq icra başçısı vurğulayıb.

Qeyd edək ki, DTX-də aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, M.Quliyev Prezident İlham Əliyevin aprelin 30-da imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.

  • Əvvəlki

    Siyavuş Novruzov bu nazirləri - İSTEFAYA ÇAĞIRDI

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0