Almaniyanın sərhədləri gələn ay açılacaq

13.05.2020 İqtisadiyyat
Almaniyanın sərhədləri iyunun 15-nə qədər tədricən açılacaq”.

"Hürriyet"in verdiyi məlumata görə, bunu Almaniya kansleri Angela Merkel elan edib.

Bildirilir ki, o, Fransa Prezidenti Emmanuel Makron və Avstriyanın Federal kansleri Sebastian Kurts ilə koronavirus pandemiyası ilə bağlı sərhədlərin açılması məsələsini müzakirə edib.

Kansler sərhədlərin federal Daxili İşlər Nazirliyi tərəfindən tədricən açılacağını bildirib. Artıq gələn həftədən etibarən ölkədə bununla bağlı sınaqlara başlanılacaq, iyunun 15-dən sonra isə sərhədlərdə nəzarət olmayacaq.

Qeyd edək ki, COVID-19 pandemiyası başlayandan Almaniyada 173 171 yoluxma halı qeydə alınıb. Koronavirus xəstələrindən 7 738-i ölüb, 147 200 nəfəri isə sağalıb.

  • Əvvəlki

    Dəmir yolu nəqliyyatının modernləşməsi hansı iqtisadi səmərəni verəcək?

Digər xəbərlər