USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha 25 qazaxıstanlı Bakıdan vətənlərinə yola salındı

11.06.2020 İqtisadiyyat
0 0
COVİD-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlər bağlandığı üçün ölkəmizdə qalan daha 25 Qazaxıstan vətəndaşı iyunun 10-da ölkələrinə yola salınıb.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-dən verilən məlumata görə, Qazaxıstanda yaşamaq hüququ olan 9 Azərbaycan və 1 Gürcüstan vətəndaşı da yola düşüb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Merkuri-1 bərə gəmisi ilə yola salınan vətəndaşlar ilk olaraq, Bakı Limanında COVİD-19 pandemiyası ilə əlaqədar testdən keçiriliblər və testin nəticələri bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, bu ilin may ayının 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib. Bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib.

Qeyd edək ki, may və iyun ayı ərzində 53 Qazaxıstan vətəndaşı və 14 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.

  • Əvvəlki

    Azərbaycanda koronavirusdan ölənlərin sayı 100-ü ötüb

Digər xəbərlər

30.04.2024 İqtisadiyyat
Dollar ucuzlaşır
0 0
30.04.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0