USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp kitabına görə Boltonu "cansıxıcı axmaq" adlandırdı

18.06.2020 İqtisadiyyat
0 0
ABŞ Prezidenti Donald Tramp keçmiş Milli Təhlükəsizlik müşaviri Con Boltonu "çox cansıxıcı axmaq" adlandırıb.

"Kommersant.az" xəbər verir ki, bu, Boltonun Ağ Ev rəhbərini tənqid etdiyi kitabın çapı ərəfəsində baş verib.

Twitter-də Tramp "gicbəsər Con Boltonun son dərəcə cansıxıcı (New York Times) kitabı"nın ancaq yalanlardan ibarət olduğunu yazıb. O, keçmiş məsləhətçinin işdən çıxarılana qədər Amerika lideri haqqında çap mediasında xeyli tərifli sözlər söylədiyini xatırladıb.

"Yalnız döyüşmək istəyən cansıxıcı axmaq", - deyən Tramp əlavə edib ki, Bolton ona tapşırılan işi heç vaxt başa düşmürmüş, ona görə də vəzifədən "rədd edilərək təhlükəsiz şəkildə uzaqlaşdırılıb".

  • Əvvəlki

    İlham Əliyev İsrail prezidentinin iki xahişini yerinə yetirəcəkmi? - ŞƏRH

Digər xəbərlər