USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Döyüşdə böyük rəşadət göstərən igidlərimiz - VİDEO

03.11.2020 İqtisadiyyat
0 0
Azərbaycan Müdafiə Nazirliyi Vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə fərqlənən hərbi qulluqçularla bağlı növbəti videogörüntülər yayıb.

"Kommersant.az" döyüşlərdə fərqlənən hərbi qulluqçularla bağlı məlumatları təqdim edir:

Leytenant Qaraşov Məhəmməd İlham oğlu torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə dəqiq atəşlə düşmənin avtomobil kolonunu məhv edib.

Gizir Əjdərli Sabit Mübariz oğlu işğalda olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə döyüş maşın komandiri kimi xüsusi fəallıq göstərib.

Əsgər Sadıqov Məhəmməd Rüfət oğlu Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə top komandiri kimi düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv edib.