USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bizdə milyonçuların və milyaderlərin şəffaf və rəsmi siyahısı olsaydı...”

05.01.2021 İqtisadiyyat
0 0
“Böyük neft pullarının gəlişi və xərclənməsi Azərbaycanda çox nəhəng miqyasda sərvət bərabərsizliyi yaratdı. Etibarlı və peşəkar, siyasi təsirlərdən tam azad statistika olmadığınıa görə hamımız sərvət bərbarəsizliyinin miqyası barədə məlumatsızıq. Məsələn, realıqda ölkənin sərvətlərinin hansı hissəsinin ən zəngin 10% və ya 20% əhalinin əlində cəmlənməsini bilmirik (təxmin etmək tam etibarlı bilgi deyil). Şəffaf münasibətlər sistemi olmadığına, eləcə də sərvət toplamanın əsas mənbəyi siyasət kanalları olduğuna görə hakimiyyət də bu prosesdə maraqlı olmadı, nəticədə qeyri-leqal milyonçular, hətta milyaderlər barədə yalnız xalq arasında danışıldı. Rəsmi məlumatlar və hesabatlar olmasa da, şübhəsiz ki, insalanlar bütün zənginləri az qala adbaad tanıyır”.

"Kommersant.az"ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev deyib.

R.Ağayev qeyd edib ki, elin gözü rəsmi statistikadan qat-qat artıq etibarlı tərəzdir: “Balaca ölkə, hamı az qala bir-birilə qohum-tanış, yaşanan mülklərə, sürülən maşınların markasına, seçilən ailəvi istirahət marşurutlarna baxıb kimin hansı kateqoriyaya aid olduğunu asanlıqla müəyyən edir insanlar. İndi bizdə milyonçuların və milyaderlərin şəffaf və rəsmi siyahısı olsaydı, Qarabağ üçün yaradılan fondlarla bağlı hamının gözü ilk onlarda olardı...”