USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu rayonda 10 min hektarda səpin aparılıb

24.02.2021 İqtisadiyyat
0 0
Qobustan rayonunda taxılçılıq kənd təsərrüfatının aparıcı sahələrindəndir. Hazırda fermerlər, eləcə də fiziki şəxslər əkin sahələrinin yüksək məhsuldarlığı üçün zəruri olan yemləmə kübrəsi verirlər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, strateji sahə olan taxılçılıq Qobustanda kənd təsərrüfatında aparıcı yer tutur. Cari ilin məhsulu üçün ötən payızda 31 min hektarda taxıl əkilib. Fevralın ikinci ongünlüyündən etibarən sahibkarlar sahələrə yemləmə gübrəsi- "Ammonium nitrat" verirlər. Bu iş üçün hər gün sahələrə 35-dən çox gübrəsəpən texnika çıxarılır. Artıq 10 min hektarda səpin aparılıb. Rayonun bütün ərazilərində, xüsusilə daha çox taxıl əkilən Qobustan şəhər, Ərəbşahverdi, Cəm-Cəmli, Poladlı və bir sıra digər ərazi dairələrində bu iş daha mütəşəkkil davam etdirilir.