USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Moody's Türkiyənin bu il üçün artım proqnozunu 2,3 ​​faizə qaldırıb

01.03.2023 İqtisadiyyat
18 5
Beynəlxalq kredit reytinq agentliyi Moody's Türkiyə iqtisadiyyatı üçün bu il artım proqnozunu 2 faizdən 2,3 faizə, 2024-cü il üçün artım proqnozunu isə 3 faizdən 4 faizə yüksəldib.

Moody's 2023-cü ilin fevral ayına dair "Qlobal Makro Görünüş" hesabatını açıqlayıb.

Hesabatda deyilir ki, 2023-cü ildə qlobal artımın yavaşlamağa davam edəcəyi, sərt pul-kredit siyasətinin əksər əsas iqtisadiyyatlarda iqtisadi fəallığa və məşğulluğa təsiri gözlənilir.

G20 qlobal iqtisadi artımının 2022-ci ildəki 2,7 faizdən bu il 2 faizədək azalacağı, 2024-cü ildə isə 2,4 faizə yüksələcəyi proqnozlaşdırılır.

Hesabatda, inkişaf etmiş ölkələrdə inflyasiyanın 2023 və 2024-cü illərin böyük hissəsi üçün mərkəzi bankların hədəflərinin üzərində qalacağı, inkişaf etməkdə olan ölkələrdə isə inflyasiya proqnozunun fərqli olduğu bildirilib.

Mərkəz banklarının faiz məhdudiyyətlərini bazarların gözlədiyindən daha uzun müddətə saxlayacağına diqqət çəkən hesabatda, pul siyasətinin sərtləşdirilməsinin sonunun yaxınlaşdığına dair aydın təsəvvürlərə baxmayaraq, məhdudlaşdırıcı faizin nə qədər edəcəyinin bilinmədiyi vurğulanıb.

  • Əvvəlki

    Bank Respublika “Bahar müjdəsi” nağd kredit kampaniyasına start verib

Digər xəbərlər