"İqtisadiyyatın libarallaşdırılmasını tam təmin etmək üçün ötrü inhisarçılıqla mübarizə aparmaq, eyni zamanda Rəqabət Məcəlləsinin qəbul mütləqdir".
Kommersant.az xəbər verir ki, bunu iqtisadçı Fuad İbrahimov ölkə iqtisadiyyatına xarici investisyaların daha çox cəlb edilməsi yolları haqqında danışarkən deyib.
Fuad İbrahimov bildirib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra ilk növbədə xarici investisiyalara ehtiyac var idi. Və bu istiqamətdə işlər görüldü:
"Məsələn, ilk növbədə qanunvericilik bazası formalaşdı. Hətta xarici investisiyaların qorunması ilə bağlı qanun imzalandı. Əsrin müqaviləsi deyilən proses həyata keçdi və nəticə etibarı ilə Azərbaycanın zəngin təbii sərvəti olan karbohidrogen ehtiyatlarımız iqtisadi dövriyəyə cəlb olundu".
İqtisadçı əlavə edib ki, artıq Azərbaycan məhz investisiyaların əsası üzərində kommunikasiyaların çəkilməsini, 4 meqalayihələrin həyata keçirilməsini həyata keçirib:
“Söhbət Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars neft-qaz kəmərləri, dəmir yolu imi böyük layihələrdən gedir. Nəhayət Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin növbəti mərhələdə TANAP-a çevrilməsi TRASANADO-dan sonra TAP hissəsinə inteqrasiya oldu. Beləliklə Azərbaycan qazı artıq Avropaya çatdı. İndiyədək müəyyən işlər görülüb, bunun da əsasında təkcə Azərbaycanın maliyyə ehtiyyatları deyil, ölkəyə yatırılan investisiyalar da dayanır. Kifayət qədər xarici trasmillli şirkətlər də investisiyalar da qoyurlar”.
Fuad İbrahimov onu da əlavə edib ki, bu gün Azərbaycanda kütləvi şəkildə orta və kiçik sahibkarlığı dəstəkləyən xarici investisiyaların artırılması istiqamətində qeyri-neft sektorunun inkişafı, istehsalın artması istiqamətində kifayət qədər yatırımın olmaması görünür:
“Burada müxtəlif səbəblər var. Bu səbəblərdən ilki inhisarçılığın yüksək səviyyədə olmasıdır. İnhisarçılıq da iqtisadiyyatın inkişafını, şaxələnməsini, sağlam rəqabət mühitinin yaradılmasının qarşısını alan ilk vacib ziyanverici alətlərdən biridir. Bununla bağlı hətta ölkə rəhbərliyi Yeni Azərbaycan Partiyasının 30 illik yubileyində çıxışı zamanı vurğuladı ki, bununla mübarizə aparmalıyıq. Lakin dövlət nəzarət orqanları bu istiqamətdə bir fakt gətirib indiyə qədər hansısa bir inhisarçı şirkəti ifşa etməsi haqqında heç kimdə məlumat yoxdur. Xarici investisiyaların qarşısnın alan məsələlərdən biri də Rəqabət Məcəlləsinin olmamasıdır. Bu da əlbəttə ki, xüsusi olaraq problem yaradır. Ümumilikdə iqtisadiyyatın şaxələnməsi, sağlamlaşdırılması istiqamətində mübarizə aparılmalıdır. Qanunvericilikdə xarici investisiyaların qorunması ilə bağlı qanun olsa da, məhkəmə hüquq müstəvisində də bu investisiyaların qorunması ilə bağlı şəffaflığın bərqərar olması mütləqdir. Belə olduğu halda əlbəttə ki, kütləvi şəkildə orta və kiçik sahibkarlığı dəstəkləyə biləcək bir biznes mühitinin formalaşdırılmasına şərait yarada bilərik”.