USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə dollar qiyməti rekord vurur

13.03.2023 İqtisadiyyat
4 2
Türkiyədə dolların məzənnəsi gün ərzində 19,17 TL-yə (1,72 AZN) kimi bahalaşıb.

Məlumatlara görə, bu dəqiqələrdə məzənnə 18,97 TL (1, 70 AZN) səviyyəsində hərəkət edir. Avro qiymətləri isə 20,35 TL (1.82 AZN) civarındadır.

Dollar qiymətləri keçən həftəni 18,86 TL səviyyəsində tamamlamışdı.

Yeni həftənin ilk bazar günündə rəqəmlər 18,93 TL-dən başladı. Günə yüksəliş trendi ilə başlayan dolların məzənnəsi saat 10:00-da 19 TL-nin üzərinə qalxaraq 19 1760 TL-yə çatdı. Daha sonra yenidən 19 TL-nin altına düşdü. Gün ərzində məzənnə 18.9060 TL ilə ən aşağı səviyyəni görsə də, saat 11:04-ə olan məlumata görə, məzənnə 18.9737 TL səviyyəsində qərarlaşıb.

Avro qiymətləri isə gün ərzində ən yüksək məbləği, 20.5591 TL-ni görüb. Hazırda məzənnə 20,3538 TL səviyyəsindədir. Qeyd edək ki, hazırda ingilis funtu 22.917 TL səviyyəsində alıınır.

10 illik etalon istiqrazın mürəkkəb faiz dərəcəsi 11,58 faiz, 2 illik etalon istiqrazın mürəkkəb faiz dərəcəsi isə 10,53 faiz təşkil edir.

  • Əvvəlki

    SVB-nin Böyük Britaniyadakı şirkətinin müştəriləri artır

Digər xəbərlər